30.08.2016

Dərsliklərin məktəblərə paylanılması başa çatıb

        Ümumi təhsil müəssisələrinin dərslik və müəllim üçün  metodik vəsaitlərlə təminatı işinin səmərəli təşkili haqqında Azərbaycan Respublikasının təhsil nazirinin müvafiq əmrinə əsasən Abşeron Rayon Təhsil Şöbəsi tərəfindən bütün məktəblərin dərsliklərlə təminatı prosesi uğurla başa çatıb. Abşeron rayon məktəblərinə 210 adda 195659 dərslik və metodik vəsait paylanılıb. Hal-hazıda dərsliklərin şagirdlərə paylanılması həyata keçirilir.