06.09.2016

Abşeron rayonunda məktəbəhazırlıq qruplarında dərs deyəcək müəllimlərin təliminə başlanılıb

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2016-cı il 11 iyul tarixli 271№-li  qərarınına əsasən uşaqların məktəbəhazırlığının təşkili məsələləri ilə bağlı  Abşeron rayonunda məktəbəhazırlıq qruplarında dərs deyəcək müəllimlərin təliminə başlanılıb.

Təlimdə Abşeron rayonun ibtidai təhsilli müəllimləri iştirak edir. Sentyabr ayının 5-də başlayan təlimlər 6 gün davam edəcək və hər gün 6 akademik saat olmaqla sentyabrın 10-da yekunlaşacaq.