05.06.2017

Təhsil Şurasının iclası keçirilib

Abşeron Rayon Təhsil Şöbəsində Təhsil Şurasının növbəti iclası keçirilib. İclasda Abşeron Rayon Təhsil Şöbəsinin rəhbərliyi və əməkdaşları, 1 saylı Ərazi Maliyyə Hesablaşma Mərkəzinin rayon üzrə nümayəndələri, ümumtəhsil məktəblərinin direktorları və direktor müavinləri iştirak ediblər.

Giriş sözü ilə çıxış edən RTŞ-nin müdir əvəzi Pərviz Əhmədov şura iclasının gündəliyində duran məsələlər haqqında qısa məlumat verərək, təhsil nazirinin əmr və sərəncamlarının icrası ilə əlaqədar görülən işlərdən danışıb.

Daha sonra şura gündəliyinə əsasən rayonun Xırdalan şəhər 3 nömrəli tam orta məktəbində aparılmış kompleks monitorinq müzakirə olunub. Monitorinq komissiyasının sədri və təhsil şöbəsinin aparıcı məsləhətçisi Yavər Əhədov iclas iştirakçılarını monitorinqin nəticələri ilə tanış edib. Arayış dinlənildikdən sonra şura üzvləri çıxış edərək, arayışa öz münasibətlərini bildiriblər.

İclasda həmçinin, məktəbəhazırlıq qruplarının fəaliyyəti, təmayülləşmə, məktəblərin dərsliklərlə təminatı və digər məsələlər müzakirə olunub.

Sonda məktəb direktorlarına müvafiq tövsiyə və tapşırıqlar verilib.