30.11.2020

Əfsanəvi qəhrəmanın 100 illik yubileyi qeyd edilir

Əfsanəvi qəhrəmanın 100 illik yubileyi qeyd edilir

Abşeron Rayon Təhsil Şöbəsinin tabeliyindəki ümumi təhsil müəssisələri tərəfindən Əhmədiyyə Cəbrayılovun 100 illik yubileyi ilə bağlı onlayn tədbirlər keçirilir.

Onlayn tədbirlərdə şagirdlərə İkinci Dünya Müharibəsi dövründə antifaşist Müqavimət hərəkatının görkəmli nümayəndəsi Əhmədiyyə Cəbrayılovun həyatı və döyüş yolu haqqında geniş məlumat verilir. Əfsanəvi partizan Əhmədiyyə Cəbrayılovun könüllü olaraq cəbhəyə yollandığı, daha sonra Fransa Müqavimət hərəkatına qoşulduğu və bu hərəkatın fəal iştirakçısına çevrildiyi şagirdlərin diqqətinə çatdırılır.

Çıxış edənlər Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən dövlət siyasətində tariximizdə silinməz izlər qoymuş şəxslərin xatirəsinə dərin ehtiram ifadə edildiyini bildirirlər. Ölkə Prezidentinin “Əhmədiyyə Cəbrayılovun 100 illiyinin qeyd edilməsi haqqında” Sərəncamı xalqımızın, dövlətimizin qəhrəman övladlarına olan əbədi ehtiramının təzahürüdür.

Onlayn tədbirlərdə əfsanəvi partizan Əhmədiyyə Cəbrayılovun həyat və döyüş yoluna həsr olunan videoçarxlar da nümayiş olunur.


Açar sözlər: ,