26.10.2020

Məktəb direktorları ilə onlayn görüş

Abşeron Rayon Təhsil Şöbəsinin tabeliyindəki ümumi təhsil müəssisələrinin rəhbərləri ilə Vətən müharibəsində Azərbaycan Ordusunun şanlı qələbəsi ilə bağlı tədris ocaqlarında həyata keçiriləcək maarifləndirici tədbirlərin müzakirəsinə dair onlayn görüş keçirilib.

Görüşdə təhsil şöbəsinin müdir müavini Pərviz Əhmədov və məktəb direktorları iştirak ediblər.

Tədbir iştirakçılarına ərazilərimizin işğaldan azad edilməsində xalqımızın və dövlətimizin əldə etdiyi nailiyyətlər, Azərbaycan Ordusunun şanlı qələbəsi barədə məlumat verilib. Təhsil Nazirliyinin təsdiq etdiyi Tədbirlər Planına və təhsil şöbəsinin müvafiq əmrinə uyğun olaraq işğaldan azad edilmiş ərazilərin tarixi və coğrafiyası, adət-ənənələri, tanınmış şəxsiyyətləri barədə məlumatların dərslərə inteqrasiyası, vətənpərvərlik mövzusunda təqdimatların, videoçarxların hazırlanması, gənclərin ordu sıralarında xidmətə mənəvi-psixoloji hazırlığı barədə danışılıb.

Görüşdə Ali Baş Komandanın Vətən müharibəsi dövründə kütləvi informasiya vasitələrinə müsahibələrinin və müsahibələrdən irəli gələn müvafiq məsələlərin şagirdlərlə müzakirəsinin təşkili və digər təkliflər ətrafında fikir mübadiləsi aparılıb.

Sonda məktəb direktorlarını maraqlandıran suallar cavablandırılıb, müvafiq təklif və tövsiyələr səsləndirilib.


Açar sözlər: ,