16.10.2020

Məktəblilər Dövlət Müstəqilliyi Günü ilə bağlı məlumatlandırılıb

Abşeron Rayon Təhsil Şöbəsinin tabeliyindəki ümumi təhsil müəssisələrində şagirdlər 18 oktyabr-Azərbaycanın Dövlət Müstəqilliyi Günü ilə əlaqədar məlumatlandırılıb.

Bildirilib ki, 29 il əvvəl oktyabrın 18-də Dövlət Müstəqilliyi haqqında Konstitusiya Aktı qəbul edilib və bu sənəd tariximizin ən şanlı səhifəsi kimi öz layiqli yerini tutub. Ulu öndər Heydər Əliyevin Azərbaycan tarixində əvəzsiz xidmətləri, onun Azərbaycanda hakimiyyətə qayıtması ilə ölkənin bütün çətinliklərdən xilas olması barədə məlumatlar bir daha şagirdlərin diqqətinə çatdırılıb. Müstəqilliyimizin Prezident İlham Əliyevin rəhbərliyi ilə daha da möhkəmləndirilməsi və onun əbədiliyinin təmin edilməsi haqqında diskussiyalar təşkil olunub.

Həmçinin şagirdlər “18 oktyabr Azərbaycanın Dövlət Müstəqilliyi Günüdür!”, “Yaşa Azərbaycan!”, “Azərbaycan Respublikasının Dövlət Müstəqilliyi əbədidir!”, “Müstəqilliyimiz milli sərvətimizdir!”, “Vətən mənim bugünüm...” kimi şüarlar səsləndiriblər.


Açar sözlər: ,