12.01.2021

Şagirdlər II Qarabağ müharibəsi qaziləri ilə onlayn görüşüblər

Xırdalan şəhər 9 nömrəli tam orta məktəbin şagirdləri II Qarabağ müharibəsi qaziləri ilə onlayn görüşüblər.

Görüşün keçirilməsində məqsəd Vətən müharibəsində yaralanmış qazilərimizi, onların göstərdikləri igidlik və şücaəti uşaq və gənclərə tanıtmaq, onları vətənə məhəbbət ruhunda tərbiyə etməkdən ibarət olub.

Görüşdə Vətən müharibəsi qaziləri ilə yanaşı məktəbin pedaqoji heyəti də iştirak edib.

 Qazilər müharibə ilə bağlı xatirələrindən, göstərdikləri igidliklərdən bəhs edib, şagirdləri maraqlandıran sualları cavablandırıblar.


Açar sözlər: ,