17.02.2021

Şagirdimiz müsabiqədə yer tutub

Təhsil Nazirliyinin dəstəyi və Gənclərin Respublika Bədii Yaradıcılıq Evinin təşkilatçılığı ilə cari ilin 15 yanvar-15 fevral tarixlərini əhatə edən “Vətən yaxşıdır” adlı onlayn respublika mahnı müsabiqəsinə yekun vurulub. Müsabiqənin nəticələrinə əsasən Masazır kənd 2 nömrəli tam orta məktəbin şagirdi  Mehdizadə Əsmər Səlim qızı Xalq mahnıları nominasiyasında 7-14 yaş qrupu üzrə II yerin qalibi seçilib.

Müsabiqənin təşkilində əsas məqsəd Vətən müharibəsində şəhidlik zirvəsinə ucalan  Xudayar Yusifzadə və onun timsalında bütün şəhidlərin xatirəsini böyük ehtiramla yad etmək, uşaq və gəncləri hərbi vətənpərvərlik ruhunda tərbiyələndirmək, istedadlı dərnək üzvlərini aşkar etməkdən ibarətdir.

Onlayn platformada təşkil olunan müsabiqə xalq mahnıları (muğam, təsnif) və bəstəkar mahnıları (estrada) nominasiyaları üzrə 2 yaş qrupunda (7-14, 15-20) keçirilib.


Açar sözlər: ,