22.02.2021

Xocalı faciəsi anılıb

Fevralın 22-də Abşeron Rayon Təhsil Şöbəsi tərəfindən Xocalı faciəsinə həsr olunmuş tədbir keçirilib.

Tədbirdə Abşeron rayon Təhsil şöbəsinin müdiri Nazilə Məmmədova, Abşeron rayon İcra Hakimiyyəti yanında İctimai Şuranın sədri Elçin Quliyev, üzvü Aytən Əsgərova, "Vətən Müharibəsi Əlillərinə Kömək" İctimai Birliyinin Abşeron nümayəndəliyinin sədri Rəfil Mustafayev, H.Ə.Əliyev adına Coğrafiya İnstitutunun İctimaiyyətlə əlaqələr şöbəsinin əməkdaşı Aida Aslanova və başqaları iştirak edib.

Bildirilib ki, 44 gün davam edən Vətən Müharibəsi nəticəsində Ali Baş Komandan İlham Əliyevin müdrik siyasəti və müzəffər ordumuzun rəşadəti nəticəsində tarixi qələbə qazanılıb və 30 ildir düşmən tapdağı altında olan dədə-baba yurdumuz azad edilib. Lakin mənfur düşmənin törətdiyi faciələr, soyqırımlar, vandallıqlar unudulmamalıdır. 26 fevral tarixində mənfur düşmənin Xocalıda törətdiyi soyqırım bizim qan yaddaşımızdır. Xocalı soyqırımı Azərbaycan tarixinə ən dəhşətli və faciəli səhifələrdən biri kimi daxil olubr. Belə tədbirlərin keçirilməsində də əsas məqsəd Xocalı sakinlərinin dərdlərini təzələmək yox, gənc nəslə vətənpərvərlik hislərini daha da aşılamaq, onlara ermənilərin törətdiyi vəhşiliklər haqqında məlumat vermək və  daima Xocalı sakinlərinin yanında olduğumuzu göstərməkdir.

Tədbir çərçivəsində Azərbaycan Milli Elmlər Akademiyasının təşəbbüsü ilə Xocalı Soyqrımına həsr olunmuş "Tarixi həqiqətin soyqırımı" adlı kitab məktəb kitabxanalarına hədiyyə olunub.


Açar sözlər: ,