10.02.2021

Riyaziyyat və kimya fənləri üzrə Respublika fənn olimpiadalarının rayon mərhələsi keçirilib

Fevralın 10-da 2020-2021-ci tədris ili üçün riyaziyyat və kimya fənləri üzrə Respublika fənn olimpiadalarının rayon mərhələsinə start verilib.

Abşeron rayonu üzrə olimpiada bir mərkəzdə - Xırdalan şəhər 1 nömrəli tam orta məktəbdə keçirilir.

Riyaziyyat fənni üzrə biliyini sınayan iştirakçılara 150, kimya fənni üzrə biliyini sınayan iştirakçılara isə 90 dəqiqə vaxt ayrılıb.

Abşeron rayonu üzrə ümumilikdə 1007 şagirdin Respublika fənn olimpiadalarında iştirakı nəzərdə tutulub.

Qeyd edək ki, 11 fevral 2021-ci il tarixində fizika, coğrafiya, biologiya və informatika fənləri üzrə, 12 fevral 2021-ci il tarixində isə tarix, Azərbaycan dili və ədəbiyyat fənləri üzrə olimpiadalar təşkil ediləcək.

Olimpiadaların təşkilində məqsəd istedadlı şagirdlərin aşkar edilməsi, onlarda fənlərin dərindən öyrənilməsinə marağın artırılması, bilik və bacarığı, eləcə də çalışqanlığı ilə seçilən şagirdlərin qiymətləndirilməsindən ibarətdir.

Respublika fənn olimpiadaları “Kapital Bank”ın baş sponsorluğu ilə həyata keçirilir.


Açar sözlər: ,