11.02.2021

Fizika, coğrafiya, biologiya və informatika fənləri üzrə Respublika fənn olimpiadalarının rayon mərhələsi keçirilib

Fevralın 11-də 2020-2021-ci tədris ili üçün fizika, coğrafiya, biologiya və informatika fənləri üzrə Respublika fənn olimpiadalarının rayon mərhələsi keçirilib.

Abşeron rayonu üzrə olimpiada bir mərkəzdə - Xırdalan şəhər 1 nömrəli tam orta məktəbdə keçirilir.

Fizika və informatika fənləri üzrə biliyini sınayan iştirakçılara 150, coğrafiya və biologiya fənləri üzrə biliyini sınayan iştirakçılara isə 90 dəqiqə vaxt ayrılıb.

Abşeron rayonu üzrə ümumilikdə 1007 şagirdin Respublika fənn olimpiadalarında iştirakı nəzərdə tutulub.

Qeyd edək ki,12 fevral 2021-ci il tarixində tarix, Azərbaycan dili və ədəbiyyat fənləri üzrə olimpiadalar təşkil ediləcək.

Olimpiadaların təşkilində məqsəd istedadlı şagirdlərin aşkar edilməsi, onlarda fənlərin dərindən öyrənilməsinə marağın artırılması, bilik və bacarığı, eləcə də çalışqanlığı ilə seçilən şagirdlərin qiymətləndirilməsindən ibarətdir.

Respublika fənn olimpiadaları “Kapital Bank”ın baş sponsorluğu ilə həyata keçirilir.


Açar sözlər: ,