17.03.2021

Olimpiadaların final turunda rayonumuzu 9 məktəbli təmsil edəcək

Respublika fənn olimpiadalarının yarımfinal turunun nəticələri açıqlanıb.

Abşeron Rayon Təhsil Şöbəsinin tabeliyindəki ümumi təhsil müəssisələrinin 9 şagirdi fənn olimpiadalarının respublika mərhələsinin final turunda iştirak etmək hüququ qazanıb.

Qeyd edək ki, olimpiadaların təşkil edilməsində məqsəd istedadlı uşaqların aşkara çıxarılması, şagirdlərin beynəlxalq olimpiadalarda uğurlu çıxışlarının təmin edilməsi, onlarda fənlərə olan marağın artırılması və rəqabət mühitində öz bilik və bacarıqlarını nümayiş etdirmələrinə imkan yaratmaqdır.

Respublika fənn olimpiadaları “Kapital Bank”ın baş sponsorluğu ilə keçirilir.


Açar sözlər: ,