10.03.2021

Şagirdlərimiz müsabiqədə qalib olublar

Xırdalan şəhər 2 nömrəli tam orta məktəbin X sinif şagirdi Məmmədova Safura və IX sinif şagirdi Məmmədli Röyal "Söz dünyasının günəşi" adlı onlayn yaradıcılıq müsabiqəsində II yerə layiq görülüblər.  Nizami Gəncəvinin 880 illik yubileyinə həsr edilmiş müsabiqə Təhsil Nazirliyinin dəstəyi və Gənclərin Respublika Bədii Yaradıcılıq evinin təşkilatçılığı ilə keçirilib.

Ümumtəhsil məktəblərinin şagirdləri və uşaq-gənclər inkişaf mərkəzlərinin dərnək üzvləri arasında keçirilen müsabiqənin təşkilində əsas məqsəd böyüməkdə olan gənc nəslə Nizami Gəncəvinin zəngin ədəbi irsini dərindən mənimsətmək, təhsilalanlara klassik şərq şeiri olan qəsidə, qəzəl və rübai şəkillərini sevdirmək, onların yaradıcılıq potensiallarını və bədii qiraət qabiliyyətlərini inkişaf etdirmək olub.    


Açar sözlər: ,  ,