31.03.2021

Məktəb direktorları ilə onlayn görüş keçirilib

Martın 31-də Təhsil Şurasının növbəti iclası keçirilib. Onlayn keçirilən iclasda təhsil şöbəsinin müdiri Nazilə Məmmədova, şöbə əməkdaşları və məktəb direktorları iştirak ediblər.

İclasın əvvəlində 31 Mart soyqırımı qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad olunub. Nazilə Məmmədova çıxış edərək ermənilərin tarix boyu azərbaycanlılara qarşı apardığı soyqırımı siyasətinin dəhşətli nəticələrindən danışıb.

Daha sonra gündəlikdə duran məsələlərə toxunulub. Məktəblərdə distant təlim-tərbiyə prosesinin təşkili və məktəb sənədlərini aparılması müzakirə olunub, 2020-2021-ci tədris ilinin birinci yarısına dair arayış dinlənilib, fənn olimpiadalarının rayon və final mərhələlərinin nəticələri haqqında məlumat təqdim olunub.

Sonda məktəb direktorlarını maraqlandıran suallar cavablandırılıb.


Açar sözlər: ,