05.04.2021

Aprel döyüşləri ilə bağlı tədbirlər keçirilib

Abşeron Rayon Təhsil Şöbəsinin tabeliyində fəaliyyət göstərən ümumtəhsil müəssisələrində Aprel zəfərinin beşinci ildönümü ilə əlaqədar tədbirlər keçirilib.

Tədbirlər zamanı bildirilib ki, 4 gün davam edən döyüşlər Ermənistan başda olmaqla, bütün dünyaya göstərib ki, Azərbaycan xalqı işğal faktı ilə heç vaxt barışmayacaq və nəyin bahasına olursa-olsun, öz ərazi bütövlüyünü təmin edəcək. Şanlı Aprel zəfəri Azərbaycan xalqının qələbəyə inamını və mübarizə əzmini möhkəmləndirməklə Ermənistan ordusunun “məğlubedilməzliyi” ilə bağlı illərdir formalaşdırılmış qondarma mifləri darmadağın edib.

Qeyd olunub ki, Aprel döyüşləri Azərbaycan xalqını tarixi qələbəyə aparan yolun həlledici mərhələsinin başlanğıcını təşkil edir. Torpaqlarımızın azadlığa qovuşması və Böyük Qayıdış prosesi 2016-cı ilin aprel döyüşlərində start götürərək 5 il sonra məntiqi sonluğa çatıb. Həm Aprel zəfəri, həm Naxçıvan istiqamətində Günnüt əməliyyatı, həm də Tovuz döyüşləri bütün dünyaya bu reallığı təlqin edib ki, Azərbaycan bir qarış torpağını belə heç kəsə güzəştə getməyəcək.

Şagirdlər Aprel hadisələrinə həsr edilmiş şeirlər, mahnılar söyləyib, ədəbi-bədii kompozisiyalar nümayiş etdiriblər.

Bundan əlavə Aprel döyüşlərində Milli Ordumuzun əks-hücumu zamanı əsgərlərimizin göstərdikləri şücaətlərdən bəhs olunan videoçarx da nümayiş etdirilib.


Açar sözlər: ,