12.04.2021

Baba Vəziroğlu ilə görüş keçirilib

Aprelin 10-da Ceyranbatan qəsəbə 1 nömrəli tam orta məktəbin təşkilatçılığı ilə Əməkdar incəsənət xadimi, nasir, şair, dramaturq Baba Vəziroğlu ilə görüş keçirilib. Görüşdə Abşeron Rayon Təhsil Şöbəsinin rəhbərliyi, məktəbin müəllim və şagird kollektivi iştirak edib.

Təhsil şöbəsinin müdiri Nazil Məmmədova çıxış edərək bildirib ki, belə görüşlərin keçirilməsi şagirdlərdə şeirə, bədii ədəbiyyata marağının artırılmasına, onların mütaliə mədəniyyətinin yüksəlməsinə, dünyagörüşlərinin əhatəli olmasına müstəsna təsir edir.

Görüş zamanı şagirdlər B.Vəziroğlunun şeirlərini səsləndirib, onun sözlərinə yazılmış mahnıları ifa ediblər.

Şair şagirlərin suallarını cavablandırıb və tədbirin təşkilinə görə məktəb kollektivinə dərin təşəkkürünü bildirib.               


Açar sözlər: ,  ,