12.04.2021

Zooloji Muzeyə ekskursiya

Qobu qəsəbə 1 nömrəli tam orta məktəbin I sinif şagirdləri Zooloji Muzeyə ekskursiya ediblər.

Ekskursiyanın məqsədi şagirdləri Azərbaycanın biomüxtəlifliyi ilə tanış etmək, onlarda heyvanlar aləminə maraq artırmaq olub.

Ekskursiya çərçivəsində şagirdlər muzeydəki eksponatlarla tanış olub, onlar haqqında ətraflı məlumat əldə ediblər. Həmçinin müzeyin əməkdaşları birinciləri Azərbaycanın “Qırmızı Kitabı” ilə tanış edib, kitaba daxil olan növlər haqqında izahat veriblər.

Şagirdlər öz növbələrində heyvanlar haqqında hazırladıqları təqdimatlarla çıxış ediblər.


Açar sözlər: ,