02.04.2021

Müəllimlərimiz təltif olunub

Abşeron müəllimləri Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti tərəfindən medal və fəxri fərmanla təltif olunublar.

Abşeron Rayon Təhsil Şöbəsinin metodisti Aslan Həziyev “Azərbaycan Respublikasında qismən səfərbərlik elan edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamından irəli gələn vəzifələrin icrasında, eyni zamanda Vətən müharibəsi dövründə qələbənin əldə edilməsi naminə hərbi hissələrin hərbi vəzifəlilərlə və hərbi nəqliyyat vasitələri ilə komplektləşdirilməsi işinin təşkilində yüksək əzmkarlıqla Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin əməkdaşlarına köməklik göstərdiyinə və arxa cəbhədə fəallığı ilə fərqləndiyinə görə Fəxri fərmanla təltif olunub.

Xırdalan şəhər 10 nömrəli tam orta məktəbin gənclərin çağırışaqədərki hazırlığı üzrə rəhbəri Yadulla İmanov, Qobu qəsəbə 3 nömrəli tam orta məktəbin gənclərin çağırışaqədərki hazırlığı üzrə rəhbəri Ramil Ağayev, Masazır kənd 4 nömrəli tam orta məktəbin gənclərin çağırışaqədərki hazırlığı üzrə rəhbəri Adil Əliyev "Hərbi vətənpərvərlik tərbiyəsində xidmətlərə görə" Azərbaycan Respublikası medalı ilə təltif olunublar.


Açar sözlər: