29.03.2021

Məktəbimiz beynəlxalq mükafat qazanıb

Hər il “eTwinning” layihəsi çərçivəsində Avropa təhsil müəssisələri arasında “eTwinning Məktəbi” müsabiqəsi keçirilir. Müsabiqədə iştirak edən məktəblər tədris prosesində rəqəmsal texnologiyadan effektiv istifadənin və informasiya təhlükəsizliyinin təmin edilməsi, yenilikçi və yaradıcı yanaşmanın olması, müəllimlərin davamlı peşəkar inkişafı və digər meyarlar üzrə qiymətləndirilir. Cari tədris ilində qiymətləndirmənin nəticəsi olaraq, bütün Avropa üzrə 2935 məktəb Beynəlxalq “eTwinning Məktəbi” mükafatına layiq görülüb ki, bunlardan 12-i Azərbaycan məktəbidir. Abşeron rayonu üzrə Ceyranbatan qəsəbə 2 nömrəli tam orta məktəb müsabiqədə qalib gələrək  2021-2022-ci illər üzrə “eTwinning Məktəbi” beynəlxalq mükafatını qazanıb.


Açar sözlər: