21.04.2021

“Biz zəfər qazandıq! Respublika onlayn rəsm müsabiqə-sərgisi”nin rayon mərhələsi keçirilib

Aprelin 20-də “Biz zəfər qazandıq! Respublika onlayn rəsm müsabiqə-sərgisi”nin rayon mərhələsi keçirilib. Rəsm müsabiqə-sərgi şanlı Azərbaycan ordusunun Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi ilə 44 günlük Vətən müharibəsində qazanılmış qələbəyə həsr olunub. Rəsm müsabiqə-sərgisinin keçirilməyində əsas məqsəd böyüməkdə olan gənc nəsildə vətənə, torpağa məhəbbət hissinin artırılması, hərbi vətənpərvərlik ruhunun təbliği, ölkəmizin işğal altında olan ərazilərinin azad edilməsində ordumuzun və dövlətimizin əldə etdiyi nailiyyətlərin, qazanılan zəfərin bütün Türk dünyasının qələbəsi olduğunu gənc nəslə çatdırılması, Azərbaycan ordusunun Vətən müharibəsində zəfər yürüşü, şanlı qələbəsi və dünya hərb tarixində açdığı yeni səhifə ilə bağlı  təhsil alanların maarifləndirilməsidir.

Rəsm müsabiqə-sərgi təsviri sənət nominasiyası üzrə 3 yaş qrupu arasında keçirilib. Rəsm müsabiqə-sərgidə rayon üzrə 36 məktəbin şagirdləri və Uşaq Gənclər İnkişaf Mərkəzinin dərnək üzvləri iştirak edib. Ümumilikdə 74 rəsm işi nümayiş olunub. 4 şagirdin rəsmi rəsm müsabiqə-sərginin final mərhələsində iştirak hüququ qazanıb.


Açar sözlər: