04.05.2021

"Qarabağ inciləri" müsabiqəsinin qalibləri mükafatlandırılıb

Mayın 4-də "Qarabağ inciləri" adlı əl işləri müsabiqəsinin qalibləri mükafatlandırılıb. Müsabiqə Abşeron Rayon İcra Hakimiyyəti yanında İctimai Şuranın təşəbbüsü ilə məktəblilər arasında keçirilib.

Müsabiqəyə təqdim olunan 30 əl işinə münsiflər tərəfindən baxış keçirilib. Nəticədə müsabiqənin qalibləri müəyyən edilib. Rayonun Məmmədli kənd tam orta məktəbin şagirdləri Zərifə İsrafilova, Həlilə Əliyeva, Xədicə Mansurzadə, Uşaq Gənclər İnkişaf Mərkəzinin dərnək üzvü İnci Hümbətlinin əl işləri I yerə layiq görülüb.

Xırdalan şəhər 4 nömrəli tam orta məktəbin şagirdləri Fərid Quliyev və Nihad Muradlı, Mehdiabad qəsəbəsi 4 nömrəli tam orta məktəbin şagirdi Gülşən Bəndəliyeva II yerə, Aşağı Güzdək qəsəbəsi tam orta məktəbin şagirdi Validə Qasımzadə və Uşaq Gənclər İnkişaf Mərkəzinin dərnək üzvü Fəridə Əmiraslanova III yerə layiq görülüb.

Rayon rəhbərliyinin də iştirak etdiyi mükafatlandırma mərasimində bütün qaliblərə fəxri fərman və diplomlar təqdim edilib. Digər iştirakçılar isə rayon təhsil şöbəsi tərəfindən sertifikatlar verilib.


Açar sözlər: ,