03.05.2021

VI Respublika fənn müsabiqələrinin rayon mərhələsinin nəticələri elan olunub

VI-VII sinif şagirdləri arasında fizika, kimya, riyaziyyat, informatika və biologiya fənləri üzrə keçirilən VI Respublika fənn müsabiqələrinin rayon mərhələsinin nəticələri elan olunub.

Nəticələrə əsasən Abşeron rayonu üzrə 169 şagird müsabiqənin növbəti turunda iştirak etmək hüququ qazanıb. Rayon üzrə müsabiqədə ümumilikdə 270 şagird iştirak edib.

Müsabiqənin keçirilməsinin məqsədi istedadlı uşaqların aşkar edilməsi, aşağı sinif şagirdləri arasında fənlərə olan marağın artırılması, beynəlxalq olimpiadalara hazırlıq mərkəzlərinə namizəd şagirdlərin cəlb edilməsidir.

Ölkənin bütün bölgələrindən 5 fənn üzrə şagirdlərin öz bilik və bacarıqlarını nümayiş etdirdiyi müsabiqədə məktəblilərə tapşırıqların cavablandırılması üçün 3 saat vaxt verilib. Qeyd edək ki, suallar müvafiq olaraq şagirdlərin biliklərinin, analiz qabiliyyətlərinin və məntiqi təfəkkürlərinin inkişaf səviyyələrinin qiymətləndirilməsi üzrə hazırlanıb.

 


Açar sözlər: ,