05.05.2021

Ulu öndər H.Əliyevin siyasi irsi müstəqil dövlətçiliyimizin əsasıdır

Ulu öndər H.Əliyevin Azərbaycana olan sevgisinin bəhrəsi kimi yaradılmış YAP bu gün Azərbaycanda əsas aparıcı partiyadır.

Ulu öndərimiz istər keçmiş sovetlər zamanında,istərsə də xalqımız müstəqillik qazandıqdan sonra Azərbaycan üçün böyük işlər görmüşdür. Onun siyasi bacarığı sayəsində 90-cı illərin əvvəllərində Naxçıvan siyasi və iqtisadi blokadadan çıxa bilmişdi.

Sovetlərin hakimiyyəti zamanında H.Əliyev hakimiyyətə gəlməmişdən öncə Azərbaycan sovetlər məkanı üçün elə də öndə gedən bir respublika deyildir. 1982-ci ildən başlayaraq vəziyyət kökündən dəyişildi.Azərbaycanda hərtərəfli inkişaf baş verdi.Sənayenin bütün sahələri yüksək templə inkişaf etdi.

Eyni vəziyyət sovetlərin tərkibindən çıxandan sonra da baş verdi. Müstəqilliyimizin ilk illərində həm ermənilərlə aparılan müharibə,həm də ölkə daxilindəki siyasi hərc-mərclik dövlətin müstəqilliyini təhlükə altında qoymuşdu.

1993-cü ilin oktyabrında H.Əliyevin prezident seçilməsi ilə Azərbaycanın siyasi və iqtisadi həyatında sözün əsl mənasında dəyişiklik oldu. 1993-cü ildən 2003-cü ilə qədər keçən 10 il ərzində dövlət müstəqilliyimizin bünövrəsi möhkəmləndirildi,müstəqil Azərbaycanın ilk konistitusiyası qəbul edildi, 20 yanvar faciəsinə siyasi qiymət verildi,mətbuat üzərində olan senzura ləğv edildi,Azərbaycan dövləti dünya dövlətləri tərıfindən tanındı.

Müstəqilliyimiz elan edilən gündən bu günə dövlətin davamlı inkişaf etməsi üçün atılan addımların ən əsası da odur ki xalqımız öz torpaqlarında dinc yaşaya bilsin. İqtisadi inkişafımız üçün həm daxildə, həm də xaricdə yetərincə şərait yaradılmışdlr.

Biz bugünkü günümüzdən dönüb keçmişə baxsaq, xalqımızın hansı çətinliklərdən keçdiyini görə bilərik. Hələ sovetlərin tərkibindən tam qopa bilmədiyimiz bir zamanda minlərlə soydaşımız öz tarixi dədə-baba torpaqlarlndan qovuldu. Eyni zamanda mənfur ermənilərin əsassız ərazi iddiaları və apardıqları haqsız müharibə,torpaqlarımızın işğal altına düşməsi dövlətçiliyimizi süquta doğru sürükləmişdi.

Məhz mövcud hakimiyyətin apardığı siyasətin nəticəsi olaraq vəziyyət yaxşıya doğru dəyişdi. Xalqımız illərlə işğalda qalan torpaqlarını geri ala bildi.

Bu gün Azərbaycan hakimiyyəti xalqın qarşısında verdiyi bütün vədlərinə sadiq qalaraq ərazi bütövlüyümüzü təmin etmişdir. Ən əsası da işğalda olan torpaqlarımız işğaldan azad edilmişdir. Xalqımız bu qələbəni illərlə gözlədiyi üçün dövlət rəhbərliyi ətrafında sıx birlışərək "Dəmir Yumruq"olmuşdur.

 

Zərifə Cəbiyeva

Xırdalan şəhər 3 nömrəli  tam orta məktəbin tarix müəllimi