27.05.2021

Respublika Günü münasibətilə tədbirlər keçirilib

Abşeron Rayon Təhsil Şöbəsinin tabeliyində fəaliyyət göstərən ümumtəhsil müəssisələrində 28 May – Respublika Günü münasibətilə tədbirlər keçirilib.

Tədbirlərdə Cümhuriyyətin yaranma tarixindən, keçdiyi inkişaf yolundan, fəaliyyət göstərdiyi qısa müddətdə xalqımızın mədəni inkişafına, elm, təhsil sahələrinə verdiyi töhfələrdən danışılıb.Bildirilib ki, 1918-ci il mayın 28-də elan olunmuş Azərbaycan Xalq Cümhuriyyəti türk və İslam dünyasında ilk parlamentli respublika və demokratik, hüquqi və dünyəvi dövlət nümunəsi idi.

Şagirdlər müstəqilliyə, vətənpərvərliyə həsr olunmuş şeirlər söyləyib, mahnılar oxuyub, ədəbi-bədii kompozisiyalar nümayiş etdiriblər.

Cümhuriyyətin fəaliyyəti və dövlətçilik tariximizdəki rolundan bəhs edən videoçarx və filmlər nümayiş olunub.


Açar sözlər: ,  ,