02.06.2021

Müsabiqə qalibləri mükafatlandırılıb

“Ən yaxşı təqdimat” müsabiqəsində yer qazanan şagirdlərimiz mükafatlandırılıb.

Tədbirdə Abşeron Rayon Təhsil Şöbəsinin rəhbərliyi, müəllimlər və qalib şagirdlər iştirak ediblər.

Təhsil şöbəsinin müdir əvəzi Pərviz Əhmədov çıxış edərək ulu öndər Heydər Əliyevin təhsilə daim böyük önəm verdiyini, ümummilli liderin ideyalarının Prezident İlham Əliyev tərəfindən qətiyyətlə həyata keçirildiyini vurğulayıb. Qeyd edilib ki, təhsil sahəsində həyata keçirilən layihələr sayəsində tədris ocaqlarının maddi-texniki bazaları daha da möhkəmləndirilib.

Qeyd edək ki, IX-XI sinif şagirdləri arasında təşkil olunan “Ən yaxşı təqdimat” müsabiqəsinin nəticələrinə əsasən, Məmmədli kənd tam orta məktəbin X sinif şagirdi Nuray Qurbanova I dərəcəli diplom, Görədil kənd tam orta məktəbin IX sinif şagirdi Lalə Qafarova III dərəcəli diploma layiq görülüb.

Müsabiqə qaliblərinə diplom və qiymətli hədiyyələr təqdim olunub.


Açar sözlər: ,  ,