01.06.2021

2 şagirdimiz qalib olub

Ümumi təhsil məktəblərinin VI-VII sinif şagirdləri arasında keçirilən VI Respublika fənn müsabiqələrinin qalibləri bəlli olub.

Müsabiqənin nəticələrinə əsasən, Ceyrannatan qəsəbə 1 nömrəli tam orta məktəbin VI sinif şagirdi Aydın Həsənli riyaziyyat fənni üzrə III yerə, Mehdiabad qəsəbə 4 nömrəli tam orta məktəbin VII sinif şagirdi Xaqan Quluzadə kimya fənni üzrə III yerə layiq görülüb.

Qeyd edək ki, fənn müsabiqələrinin keçirilməsinin əsas məqsədi istedadlı uşaqların aşkara çıxarılması, şagirdlər arasında sağlam rəqabət mühitinin yaradılması, aşağı sinif şagirdlərinin müxtəlif fənlərə olan marağının artırılması, onlarla məqsədyönlü işlərin aparılması və beynəlxalq olimpiadalara hazırlıq mərkəzlərinə şagirdlərin seçilməsindən ibarətdir.


Açar sözlər: ,