14.06.2021

Abşeron məktəblərində “Son zəng” çalınıb

İyunun 14-də rayonun ümumi təhsil müəssisələrində məzunlar üçün “Son zəng” tədbirləri keçirilib.

Tədbirlərdə Abşeron Rayon Təhsil Şöbəsinin (RTŞ) rəhbərliyi, məzunlar, məhdud sayda müəllimlər iştirak ediblər.

Tədbir zamanı məktəb məzunları mahnı və rəqslərdən ibarət müxtəlif kompozisiyalar nümayiş etdiriblər.

Dərs ilini müvəffəqiyyətlə başa vuran şagirdlər Fəxri fərman və diplomlarla təltif olunublar.

“Son zəng” tədbiri ümumi təhsil müəssisələrinin həyətyanı ərazisində sosial məsafə gözlənilməklə açıq hava şəraitində 1 saatdan artıq olmamaqla keçirilib. XI sinif şagirdlərinin sayı 100 nəfərdən çox olan ümumi təhsil müəssisələrində tədbir iki mərhələdə təşkil olunub.

Qeyd edək ki, 2020-2021-ci tədris ilində Abşeron RTŞ-nin tabeliyindəki ümumi təhsil məktəblərinin IX siniflərini 4833, XI siniflərini isə 2751 nəfər bitirib.

 

 


Açar sözlər: ,  ,  ,