16.06.2021

Abşeronda 37 məktəbdə “Yay məktəbi” təşkil olunub

Abşeron Rayon Təhsil Şöbəsinin tabeliyində fəaliyyət göstərən 37 ümumtəhsil müəssisəsində “Yay məktəbi” başlayıb. 4000-dən çox şagirdin iştirak etdiyi “Yay məktəbi” 30 iyun tarixinədək davam edəcək.

Qeyd edək ki, “Yay məktəbi”ndə ümumi təhsil müəssisələrinin I-X sinif şagirdləri ödənişsiz və  könüllü əsaslarla iştirak edirlər. I-IV siniflərdə tədris həftədə 5 dəfə gündəlik 4 saat olmaqla, V-X siniflərdə isə həftədə 5 dəfə gündəlik 3-4 saat olmaqla təşkil olunur. I-IV siniflərdə məşğələlər tədris dili, riyaziyyat, xarici dil fənləri üzrə keçirilir. V-X siniflərdə məşğələlər tədris dili, riyaziyyat, xarici dil fənləri və ümumi təhsil müəssisəsinin rəhbərliyinin qərarı ilə digər 3 fənnə verilir.

 “Yay məktəbi” şagirdlərin zəruri bilik və bacarıqlarının möhkəmləndirilməsi, öyrənilənlərin ümumiləşdirilməsi məqsədilə təşkil edilib.


Açar sözlər: ,  ,