22.06.2021

Elektron ərizələrin yoxlanılması başa çatıb

Ümumi təhsil müəssisələrinə müəllimlərin işə qəbulu müsabiqəsi üzrə elektron ərizələrin yoxlanılması prosesi başa çatıb. Elektron ərizələrin nəticələri barədə məlumat namizədlərin şəxsi səhifələrinə göndərilib. Ərizələr emal edildikdən sonra 59 172 namizədin ərizəsi qəbul olunaraq növbəti mərhələdə iştirak etmək hüququ qazanıb.

Qeyd edək  ki, 4-11 iyun tarixlərində həyata keçirilən bu mərhələdə 60 627 namizəd elektron ərizəsini tamamlayaraq müraciətini təsdiqləyib.

Növbəti mərhələdə test imtahanının qrafiki ilə bağlı məlumat namizədlərin şəxsi səhifələrinə göndəriləcək.


Açar sözlər: