16.07.2021

Şagirdlərimiz qızıl nişana layiq görülüb

Abşeron Rayon Təhsil Şöbəsinin tabeliyində fəaliyyət göstərən ümumi təhsil müəssisələrinin XI sinif məzunlarından 2 nəfər qızıl nişana layiq görülüb.

Təhsil nazirinin müvafiq əmrinə əsasən, Ceyranbatan qəsəbə 1 nömrəli tam orta məktəbin məzunu Əli Məhərrəmli və Saray qəsəbə 3 nömrəli tam orta məktəbin məzunu Sadiq Məlikov qızıl nişanla təltif olunub.

Qeyd edək ki, namizədlərə qızıl nişanın verilməsi Nazirlər Kabinetinin müvafiq qərarı ilə təsdiq olunmuş “Ümumi təhsili xüsusi nailiyyətlərlə başa vuran məzunların qızıl və ya gümüş nişanla təltif olunma Qaydası”na əsasən müəyyənləşdirilir.