14.07.2021

Test imtahanları davam edir

İyulun 14-də 2021-2022-ci tədris ili üzrə müəllimlərin işə qəbulu müsabiqəsinin test imtahanı mərhələsi davam edir.

Bu gün riyaziyyat, kimya, Azərbaycan dili, rus dili və ədəbiyyatı fənləri üzrə müəllim olmaq istəyən namizədlər imtahan verir.

İmtahanlarda gün ərzində fənlər üzrə ümumilikdə 3186 namizədin iştirakı gözlənilir.

Təhsil Nazirliyi müəllimlərin işə qəbulu imtahanlarında iştirak edən bütün namizədlərə uğurlar arzu edir!


Açar sözlər: ,