29.09.2021

V-XI siniflər üzrə ənənəvi tədrisə start verilib

Sentyabrın 29-u Abşeron Rayon Təhsil Şöbəsinin tabeliyində fəaliyyət göstərən ümumi təhsil müəssisələrinin V-XI sinifləri üzrə ənənəvi tədrisə start verilib.

Yeni tədris ilində Abşeron məktəblərində V-XI siniflər üzrə 37 921 şagird təhsil alacaq.

Təhsil müəssisələrində ilk dərslər təhsil naziri Emin Əmrullayevin imzaladığı “2021-2022-ci tədris ilində ümumi təhsilin fəaliyyət istiqamətləri barədə” əmrinə əsasən  “Qarabağ Azərbaycandır!” mövzusuna həsr olunub.

Vətən uğrunda canlarını qurban vermiş şəhidlərin xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlanan dərslərdə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin müdrikliyi və böyük sərkərdəlik məharəti sayəsində 44 gün ərzində torpaqlarımızın azad edilməsi barədə şagirdlərə ətraflı məlumat verilib. Bu şanlı Qələbənin əldə edilməsində xalqımızın birliyi və həmrəyliyinin böyük rolu olduğu vurğulanıb.

Qeyd edək ki, ümumilikdə, Abşeron Rayon Təhsil Şöbəsinin tabeliyindəki ümumi təhsil müəssisələrində 66 617 şagird təhsil alır.


Açar sözlər: ,  ,