06.10.2021

Müəllimlərimiz təltif edilib

Abşeron müəllimləri 5 Oktyabr -  Beynəlxalq Müəllimlər Günü münasibətilə təltif edilib.

Təhsilin inkişafındakı xidmətlərinə və gənc nəslin təlim-tərbiyəsi sahəsində yüksək nailiyyətlər əldə etdiklərinə görə 1 müəllim “Tərəqqi medalı”, 1 müəllim "Azərbaycan Respublikası qabaqcıl təhsil işçisi" döş nişanı, 3 müəllimisə "Azərbaycan Respublikası Təhsil Nazirliyinin Fəxri Fərmanı"na layiq görülüb.

Azərbaycan Respublikası Prezidentinin Sərəncamına əsasən Xırdalan şəhər 9 nömrəli tam orta məktəbin Azərbaycan dili və ədəbiyyat müəllimi İradə Talıblı Azərbaycan təhsilinin inkişafında xidmətlərinə görə “Tərəqqi” medalına layiq görülüb.

Məmmədli kənd tam orta məktəbin tarix müəllimi Aidə Şərifova "Azərbaycan Respublikası qabaqcıl təhsil işçisi" döş nişanı ilə təltif edilib.

Ceyranbatan qəsəbə 1 nömrəli tam orta məktəbin riyaziyyat müəllimi Xuraman Əhmədova, Masazır kənd 2 nömrəli tam orta məktəbin kimya müəllimi Ülviyyə İbrahimxəlilova və Xırdalan şəhər 1 nömrəli tam orta məktəbin ingilis dili müəllimi Çiçək Cəfərova isə "Azərbaycan Respublikası Təhsil Nazirliyinin Fəxri Fərmanı" ilə təltif edilib.