07.10.2021

"Pozitiv valideynlik"

Saray qəsəbə 3 nömrəli tam orta məktəbdə "Valideynlər/himayədarlar üçün informal, icma əsaslı Pozitiv Valideynlik Platformalarının (PVP), eləcə də Erkən Uşaqlıq Dövrünün İnkişafı (EUDİ) üzrə sosial səfərbərlik və maarifləndirmə tədbirlərinin təşkili” layihəsi çərçivəsində görüş keçirilib.

Görüşdə BMT-nin Uşaq Fondunun (UNİCEF) Azərbaycandakı Nümayəndəliyinin, Sosial Xidmətlər Agentliyinin, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin nümayəndələri, təhsil şöbəsinin əməkdaşları, EUDİ layihəsini rəhbəri, müəllim və valideynlər iştirak ediblər.

Tədbir iştirakçılarına layihə haqqında ətraflı məlumat verilib. Bildirilib ki, layihənin əsas məqsədləri 8 yaşadək uşaqların sosial, fiziki və əqli inkişafı, sağlamlığı, düzgün qidalanması, təlim-tərbiyəsi, uşaqlarda inkişaf dinamikasının izlənməsi və inkişafın stimullaşdırılması ilə bağlı valideynləri və digər maraqlı tərəfləri maarifləndirmək, bu sahədə çalışan səhiyyə, təhsil və sosial xidmətlər üzrə mütəxəssislərin potensialını artırmaqdır.

Layihənin pediatrı uşağın sağlamlığına diqqət olunmasının, sağlamlığının risk hallardan qorunmasının vacibliyini vurğulayıb, düzgün qidalan haqqına danışıb.

Layihənin psixoloqu öz çıxışında uşaqla düzgün formada ünsiyyət, uşaqların cəmiyyətdə davranışları, mobil telefon və kompüterdən həddən artıq istifadənin azyaşlının psixologiyasına mənfi təsir göstərməsi və digər mövzularda ətraflı məlumat verib.

Daha sonra valideynləri maraqlandıran suallar cavablandırılıb.


Açar sözlər: ,