12.10.2021

Narkomanlığın fəsadlarına dair təlim keçirilib

Abşeron rayonunda narkomanlığın fəsadlarına dair təlim keçirilib

Təlim Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının İşçi qrupu tərəfindən keçirilib.

Tədbirdə Abşeron Rayon Təhsil Şöbəsinin tabeliyində fəaliyyət göstərən ümumtəhsil müəssisələrinin təlim-tərbiyə işləri üzrə direktor müavinləri, sinif rəhbərləri, məktəb psixoloqları iştirak ediblər.

Dövlət Komissiyasının İşçi qrupunun mövzu ətrafında çıxış edərək narkotik vasitələrin insan orqanizminə təsiri və narkomaniyanın doğurduğu faciələr barədə ətraflı məlumat verərək tövsiyələrini bildiriblər.

Sonda təlim iştirakçılara Dövlət Komissiyasının İşçi qrupu tərəfindən hazırlanan sertifikatlar verilib.


Açar sözlər: