18.10.2021

18 oktyabr-Azərbaycanın Dövlət Müstəqilliyinin Bərpası Günü qeyd olunub

Abşeron Rayon Təhsil Şöbəsini  tabeliyində fəaliyyət göstərən ümumtəhsil 18 oktyabr-Azərbaycanın Dövlət Müstəqilliyinin Bərpası Günü qeyd olunub.

Bildirilib ki, oktyabrın 18-də Azərbaycan Respublikasının müstəqilliyinin bərpa edilməsinin 30 ili tamam olur. 2020-ci ilin 44 günlük Vətən müharibəsində qazanılan böyük Qələbəyə qədər 18 oktyabr tarixi Müstəqillik Günü kimi qeyd edilirdi, son 30 ildə ilk dəfə isə bu bayram tam fərqli şəkildə - öz ərazi bütövlüyünü bərpa etmiş qalib xalqın bayramı kimi qeyd edilir.

Şagirdlərə Azərbaycanın Müstəqillik Günü və Müstəqilliyin Bərpası Günü, dövlət müstəqilliyimizin bərpasında və möhkəmlənməsində ulu öndər Heydər Əliyevin xidmətləri barədə ətraflı məlumat verilib.


Açar sözlər: