03.11.2021

"Sazın-sözün sehrində"

Mehdiabad qəsəbə 4 nömrəli tamorta məktəbdə Aşıq Ələsgərin 200 illik yubileyi münasibətilə "Sazın-sözün sehrində" adlı ədəbi-bədii kompozisiya təşkil olunub.

Tədbirdə çıxış edənlər aşığın həyat və yaradıcılığ haqqında ətraflı məlumat veriblər. Qeyd olunub ki, Aşıq Ələsgər böyük istedad sahibi kimi xalqımızın əxlaqi sərvətlərini, mənəvi dəyərlərini, adət-ənənəsini, toyunu-yasını, sevincini-kədərini, ictimai dərdlərini çox böyük ustalıqla, uca sənətkarlıqla öz əsərlərində əks etdirib. Ələsgər şeiri Azərbaycan ruhunun güzgüsüdür, doğma torpağa bağlılıq, ana yurdun gözəlliklərinə vurğunluq, mərdlik, sədaqət dünyasının şah damarıdır.

Daha sonra şagirdlərin ifasında şeirlər səslənib ,aşıq mahnıları ifa olunub.


Açar sözlər: ,