02.11.2021

“Estafet” yarışı keçirilib

Məmmədli kənd tam orta məktəbdə Zəfər Gününə həsr olunmuş siniflərarası "Zəfər kuboku" adlı  “Estafet” yarışı keçirilib. Yarışda məktəbin altıncı sinif şagirdləri iştirak ediblər.  

Yarışın keçirilməsində məqsəd şagirdlərin sağlam həyat tərzinə istiqamətləndirilməsi, onların asudə vaxtının səmərəli təşkili, idmana olan marağının artırılması olub.

Yarış zamanı hər komanda yüksək bacarıq nümayiş etdirərək qələbə əldə etməyə çalışıb. Yarışın sonunda münsiflər heyəti tərəfindən qaliblər müəyyən olunub. Qalib komandalara diplom təqdim olunub.