04.11.2021

Qazilərlə görüş keçirilib

Mehdiabad qəsəbə 1 nömrəli tam orta məktəbdə II Qarabağ müharibəsində iştirak etmiş qazilərlə şagirdlərin görüşü keçirilib.

Görüşün keçirilməsində məqsəd Vətən müharibəsində iştirak etmiş qazilərimizi, onların göstərdikləri igidlik və şücaəti şagirdlərə tanıtmaq, onları vətənə məhəbbət ruhunda tərbiyə etməkdən ibarət olub.

Məktəbin məzunları olan qazilər Fərəcov Orxan və Məmmədov Vahid müharibə ilə bağlı xatirələrindən, göstərdikləri igidliklərdən bəhs ediblər, şagirdləri maraqlandıran sualları cavablandırıblar.