05.11.2021

Abşeron məktəbinə Vətən Müharibəsi Qəhrəmanının adı verilib

Azərbaycan Respublikasının Prezidenti, Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Ali Baş Komandanı cənab İlham Əliyevin tapşırığı ilə Nazirlər Kabinetinin qərarına əsasən, Xırdalan şəhər 5 nömrəli tamorta məktəbə Vətən Müharibəsi Qəhrəmanı Veysəl Yadullayeviç Musibovun adı verilib.

Qeyd edək ki, Nazirlər Kabinetinin qərarına əsasən, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda həlak olmuş Vətən Müharibəsi Qəhrəmanlarının və Azərbaycanın Milli Qəhrəmanlarının adlarının əbədiləşdirilməsini təmin etmək məqsədilə respublikanın müxtəlif şəhər və rayonlarındakı 37 məktəb və liseyə Azərbaycan Respublikasının Milli Qəhrəmanı və Vətən Müharibəsi Qəhrəmanlarının adları verilib.


Açar sözlər: