05.11.2021

Zəfər Günü qeyd olunub

Abşeron Rayon Təhsil Şöbəsini tabeliyində fəaliyyət göstərn ümumtəhsil müəssisələrində 8 noyabr – Zəfər  Günü ilə bağlı konfranslar, seminarlar, mühazirələr, “Dəyirmi masa”lar, “Açıq dərs”lər, vebinarlar, ədəbi-bədii kompozisiyalar, foto və rəsm sərgiləri təşkil olunub.

Tədbirlərdə ilk öncə Azərbaycanın müstəqilliyi, süverenliyi və ərazi bütövlüyü uğrunda canından keçən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub.

Ermənistanın Azərbaycana qarşı işğalçılıq siyasəti və onun ağır nəticələri, 30 il davam edən işğal nəticəsində Azərbaycanın şəhər və kəndlərinin tamamilə dağıdılması, Ermənistan tərəfindən Azərbaycan şəhərlərinin atəşə tutulması və digər hərbi cinayətlər törədilməsi, Prezident, Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə rəşadətli Azərbaycan Ordusunun Vətən müharibəsində qazandığı Zəfəri barədə ətraflı məlumat verilib.

Məktəblərdə həmçinin Vətən Müharibəsində qəhrəmanlıq göstərən əsgər və zabitlərlə, qazilərlə, şəhidlərin ailə üzvləri ilə görüşlər keçirilib, onların həyat və mübarizə yolunu əks etdirən videoçarxlar nümayiş olunub.

Tədbirlər çərçivəsində şagirdlər Vətən Müharibəsi Memorial Kompleksinə və Hərbi Qənimətlər Parkına ekskursiya ediblər.


Açar sözlər: ,  ,