28.12.2021

“Fövqəladə hallarda davranış qaydaları”

Qobu qəsəbə 2 nömrəli tam orta məktəbdə “Məktəblinin dostu” tərəfindən “Fövqəladə hallarda davranış qaydaları” və “İlk tibbi yardımın göstərilməsi” mövzularında təlim keçirilib.

Təlimlərin keçirilməsinin əsas məqsədi fövqəladə hallara hazırlıq səviyyəsinin yoxlanılması, məktəb kollektivlərinin fövqəladə hadisələrdən mühafizə üsulları və bu cür hallarda hərəkət qaydaları ilə bağlı bilik və bacarıqlarını təkmilləşdirməkdir.

Təlimlər zamanı şagirdlərər təbii və texnogen xarakterli fövqəladə hadisələr zamanı düzgün davranış, ilkin yanğınsöndürmə avadanlıqları və fərdi mühafizə vasitələrindən istifadə qaydalarına izah edilib, dəm qazı təhlükəsinin qarşısının alınması yolları, mülki müdafiə, eyni zamanda, “112” qaynar xətti” haqqında dolğun məlumatlar verilib.


Açar sözlər: ,