29.12.2021

Aşıq Ələsgər - 200 il

Ceyranbatan qəsəbə 1 nömrəli tam  orta məktəbdə Aşıq Ələsgərin anadan olmasının  200 illiyi münasibətilə tədbir keçirilib.

Tədbirdə məktəbin rəhbərliyi,  müəllim və şagird kollektivi iştirak edib.

Açılış nitqi ilə çıxış edən məktəbin direktoru Çinarə Atayeva qədim Göyçə mahalında 1821-ci ildə anadan olan Aşıq Ələsgərin çoxəsrlik keçmişə malik aşıq sənəti ənənələrinə ən yüksək bədii-estetik meyarlarla yeni məzmun qazandırdığını, xalq ruhunda həmahəng əsərləri ilə Azərbaycanın mədəni sərvətlər xəzinəsinə misilsiz töhfələr bəxş etdiyini söyləyib.

Daha sonra şagirdlər Aşıq Ələsgərin şeirlərinə köklənmiş havaları səsləndirib, ədəbi-bədii kompozisiyalar nümayiş etdirilir.


Açar sözlər: ,