10.01.2022

Muzeyə ekskursiya

Görədil kənd tam orta məktəbin VIII sinif şagirdləri Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyi və Miniatür Kitab Muzeyinə ekskursiya ediblər.

Ekskursiyanın əsas məqsədi şagirdləri muzey ekspozisiyaları ilə tanış etmək, klassik və müasir Azərbaycan ədəbiyyatını gənc nəslə sevdirmək, layiqincə tədris və təbliğ etmək olub.

Ekskursiya zamanı şagirdlərə muzeylərin tarixi və fəaliyyət istiqamətləri barədə ətraflı məlumat verilib. Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin şöbələrində onlar Kitabi-Dədə Qorqud eposu, XI-XII əsrlərdə ərəbdilli Azərbaycan ədəbiyyatını zənginləşdirən bədii örnəklər, Şirvanşahlar və Atabəylər hakimiyyəti dövründən bu günə qədər ədəbiyyatımızın keçdiyi yolla tanış olublar.


Açar sözlər: