05.03.2022

“İdman həftəsi” layihəsi çərçivəsində tədbirlər keçirilib.

Abşeron Rayon Təhsil Şöbəsinin tabeliyindəki ümumi təhsil müəssisələrində 28 fevral – 4 mart tarixlərini əhatə edən “İdman həftəsi” layihəsi çərçivəsində tədbirlər keçirilib.

Tədbirlər zamanı şagirdlərə idman və sağlam həyat tərzi barəsində geniş məlumat verilib.

Qeyd edək ki, şagirdlərin idmana olan marağının artırılması, sağlam həyat tərzinin təbliği məqsədilə 5 mart - Bədən Tərbiyəsi və İdman Günü ərəfəsində Təhsil Nazirliyi tərəfindən ölkənin bütün ümumi təhsil müəssisələrində 28 fevral – 4 mart tarixlərini əhatə edən “İdman həftəsi” layihəsi həyata keçirilib.

Layihə təhsilalanların sağlamlıqlarının möhkəmləndirilməsi, fiziki inkişafının təmin edilməsi, onlarda müsbət emosiyaların dayanıqlı olması, idman və bədən tərbiyəsinin inkişafı, bu sahədə kütləviliyin təmin edilməsi istiqamətində təhsil sistemi qarşısında qoyulmuş hədəflər baxımından xüsusi əhəmiyyət kəsb edir.


Açar sözlər: ,